Ağa Mehdiyev barədə.
Ağa Mehdiyev, 1992-ci il 13 avqust, Bakı şəhərində anadan olub. Atası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, anası isə Bakının Maştağa kəndindəndir. Ağa, Biləcəri qəsəbəsində böyüyüb.
Onun, 2017-2023-cü illər ərzində dünyanın təxminən 40 ölkəsinə təhsil və biznes səfərləri reallaşıb. Rus, alman, ingilis dillərini bilir. Almaniyada - Bremen Hoxşule, Finlandiyada- Helsinki Univeristetlərində, Rusiyada - Moskva Biznes məktəbində müxtəlif proqramları bitirib. Ağa eyni zamanda uzun illərdir xarici dillərin araşdırılması, tədrisi ilə də məşğuldur, 8 illik müəllim təcrübəsi var.
İdman
10 yaşından etibarən uzun illər futbol, üzgüçülük, sonra isə kiqs-boks ilə məşğul olub.
Biznes fəaliyyəti.
Məktəb dövründə şirniyyat, Universitet illərində isə göyərti satışı ilə məşğul olub. 2016-cı ilin yayında həqiqi hərbi xidmətdən geri döndükdən sonra ətriyyat sahəsində çalışıb.
2017-ci ildə Bakıda stomatologiya şirkətində, 2018-2021-ci illərdə isə Almaniyanın məşhur "Dental" şirkətində, Rusiya və Avropa ölkələrində satış üzrə mütəxəssis olaraq fəaliyyət göstərib. 2022-ci ildən etibarən digər alman şirkətində işlərinə davam edib.
Ağa bu illərdə davamlı olaraq Almaniya,İsveçrə Rusiya, Gürcüstan, Bolqariya, Xorvatiya, Türkiyədə fərqli-fərqli millətlərdən olan biznes adamları ilə görüşlər keçirmiş, təlimlər vermişdir. Onun həmin ölkələrə davamlı səfərləri reallaşmışdır.
2018-cu ildən etibarən onlayn və əyani şəkildə, xarici ölkələrdə azərbaycan və ingilis dillərində "Satış, Effektiv Kommunikasiya" seminarları keçirməkdədir.
Cəmiyyətlə bağlı fərqli-fərqli fəaliyyətləri.
Universitetdə təhsil aldığı 2012-2015 - ci illərdə "Qarabağ həqiqətləri", "Xocalı", "Fəlsəfə", "Media" və bir-birindən fərqli mövzularda yüzlərlə tədbir təşkil edib.
Ağanın 2015-ci ilin yanvarında baş vermiş "Charli Hebdo" hadisəsinə reaksiya olaraq, Universitet yoldaşı Tural Abbasov ilə Kilsəyə gedən yolu qardan təmizləmələri xəbəri ölkə daxili və xaricində bir çox mediada işıqlandırılıb.
Həmin hadisə və məlumatları bu başlıqlardan istifadə edərək tapa bilərsiniz.
"Акция бакинской молодежи перед церковью", "Bakıda tələbələr peyğəmbəri təhqir edənlərə belə cavab verdi", " A message from a muslim student in Azerbaijan".
Növbəti lahiyə olaraq, 2015-ci ilin aprel-may aylarında dünyanın 50-dən çox Universitetində tolerantlıq, sevgi nümunəsi olaraq Xanım Zəhra (s.a) və Xanım Məryəmin (s.a) yad edilməsini qeyd etmək olar. İdeyaya görə hər Universitetdən bir tələbə öz qrup yoldaşlarına güllər və məktub vermişdir. Məktbubda Xanımlıq, onun həqiqi dəyəri barədə fikirlər öz əksini tapmışdır.
Məktubu həmin vaxt Ağanın xahişi ilə mərhum Hacı Şahin Həsənli yazmışdır.
Allah Rəhmət eləsin!
Ağa, 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub.
Ətraf mühit və ekoloji mövzulara olan rəğbətindən irəli gələrək, 2016-cı ilin noyabrında, Bakıda İctimai Xadimlərlə "Ağac Əkmə" kompaniyası həyata keçirib. Ekoloji lahiyələrə həmişə diqqət ayırıb.
Bu illər ərzində bir tərəfdən davamlı işləmiş, digər tərəfdən isə vaxt və fürsət tapdıqca müxtəlif ideyalarını reallaşdırmağa çalışmışdır.
2019-cu il, 72 günlük ekoloji Estoniya-İspaniya velosiped səfəri.
Sakitlik və yaşıllığı çox sevdiyindən o, Finlandiyada, Helsinkini Universitetində proqram üzrə təhsil alarkən oraların meşələrinə, nizamına, səliqəsinə, ekoloji tərəflərinə valeh olmuş və ətraf mühütin qorunması ilə bağlı ideya reallaşdırmağı qərara almışdır.
Bu məqsədlə Ağa, 2019-cu ilin 29 noyabrında, Estoniyanin paytaxtı Tallindən piyada səfərə başlamışdır. Məqsədi sosial media vasitəsi ilə dünyda baş verən ekoloji problemlərə diqqət çəkmək idi.
İlk 100 km məsafəni məhz piyada olaraq qarda, tək 25 kq-lıq yük ilə Estoniya ərazisində addımlamış, sonradan isə Eston gənc Martinin ona verdiyi velosiped ilə yoluna davam etmişdir.
Beləcə, Estoniya, Latviya, Litva, Kalininqrad, Polşa, Almaniya, İsveçrə, Fransa, İspaniyaya qədər gəlib çatmışdır. Yol xərci bitdiyindən səfərini Valensiyada dayandırmağa məcbur olmuşdur, hədəfi məhz Portuqaliyaya qədər getmək idi.
Şüar olaraq səfər boyunca "Ay ərzində bir dəfə maşından istifadə etməni tərk etməyi", "Yaşıl həyət tərzini" səsləndirir, müxtəlif ərazilərdə insanlarla öz fikirlərini bölüşürdü. Adətən, xaricilər onu öz evlərində qonaq edirdilər.
Velospied ilə İsveçrə ərazisindən keçərkən, Bern şəhəri yaxınlığında məktəbə çıxış etmək üçün dəvət olunmuş, bir neçə sinifdə 2020-ci ilin yanvarında "Ekoloji velosiped səfəri" barədə nitqini söyləmişdir.
Bu lahiyə barədə məlumatlar Kanada mətbuatında belə paylaşılmışdır. Qeyd edək ki, Ağanın "72 günlük ekoloji velosiped səfəri"ni əks etdirən kitabı da tezliklə azərbaycan, ingilis, rus, alman dillərində nəşr olunacaq. Səfər boyu başına gəlmiş hadisələr, ailələrdə qonaq olaraq qalması, çıxışları, meşələrdən keçməsi və s. çox geniş şəkildə öz əksini tapmış olacaq.
2020-ci ilin aprelindən Ağa "Məhəllə Kitabxanası" lahiyəsinə start verib. O, Bakı, Xınalıq, Beyləqan, Şüvəlanda kiçik kitabxanalar qurmağa başlayıb. Məqsədi, mərkəzdən kənarda yaşayan uşaqların, xüsusən, qızların mütaliəyə marağını artırmaq, onların dünyagörüşünə tövhə verməkdir. Ağa, gələcəkdə belə "Məhəllə Kitabxanaları" işğaldan azad olunmuş bölgələrimizdə də qurmaq istəyir.
2020-ci ilin sentyabrında Moskvaya biznes səfəri olduğundan Ağa ora getməyə hazırlaşır, amma sərhədlər bağlı olduğundan səfəri təxirə salınır.
Bu ərəfədə, məhəllə divarında təbii üsulla şəhidlərin şəkillərini çəkmək ideyasını irəli sürür. Proses başlayır- Polad Həşimov, Raquf Orucov, Mehdi Hüseynzadənin divar rəsmlərindən sonra növbə şəhid Seyyid Mübariz İbrahimovun rəsminə çatanda 2-ci Vətən müharibəsi başlayır.
Ağa, müharibəyə gedərkən rəssama dönə-dönə tapşırır ki, hər nə olsa da mütləq şəkilləri sona qədər çatdırsın, şəhidlərin valideynləri, yaxınları şəkilləri görüb daha da güc tapsınlar, sevinsinlər, şəhidlərimizin ruhu şad olsun.
Allaha şükürlər olsun ki, xalqımız layiq olduğu qələbəni əldə etdi. İşğalçı rejimdən Azərbaycana aid olanı geri qaytardı. İllər boyu çağırışlara, beynəlxalq qərarlara fikir verməyən Ermənistan məhz kişi meydanında, məğlubiyyətə uğradı.
Allahın salamı olsun tarixin, ali məqamlı şəhidlərimizin üzərinə. Şəhidlər, qazilər, onların valideynləri, cəmiyyətin, dünyanın inkişafı üçün fərqli-fərqli sahələrdə çalışan fədakar insanlar qarşısında baş əyirik.
2021-ci ilin, 31 dekabrında Ağa "Gəncləşən Narkomaniyaya YOX" adı altında Bakıdan Qubaya piyada səfərə başladı. Məqsədi, yolboyu insanlar ilə görüşüb praktiki formada müzakirələr aparmaq, problemə medianın daha da çox diqqətini çəkməsi olub.
Yol gedərkən Ağa küçədə itə su verir, bundan sonra həmin vəfalı it ona qoşulur və 100 km birgə yol gedirlər. Həmin vaxt, bütün bunlar böyük bir marağa səbəb olmuşdur. (Bu səfər barədə də kiçik kitabça tezliklə işıq üzü görəcək).
Ağa, 2-ci Vətən müharibəsindən geri döndükdən sonra, iştirak etdiyi hər bir yerdə, həm də Avropa ölkələrində davamlı olaraq Xocalı ilə bağlı və işğalçı Ermənistan əleyhinə təkbaşına etirazlar etməkdə, nitqlər söyləməkdədir.
Onun 2023-ci ildə qış aylarında İslandiyda "Tolerantlıq", İsveçdə isə Qurani-Kərimin yandırılmasına qarşı təkbaşına aksiyaları reallaşıb.